Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər  rayon Tarix-Diyarşünaslıq  Muzeyini ziyarət edilib

15.04.2022

14.04. 2022-ci il tarixində Bakı şəhərində fəaliyyət göstərən  Kəlbəcər rayon 21 nömrəli   tam orta məktəbin  ,  1 saylı körpələr evi uşaq bağçasının  müəllim və şagird kollektivi Kəlbəcər  rayon Tarix-Diyarşünaslıq  Muzeyini ziyarət etmişlər.   Muzeyin direktoru  Bərzani Əsgərov  muzeyin tarixi haqqında məlumat vermiş, işğala qədər muzeydə 30000 ( otuz min)-dən artıq eksponatın olduğunu, lakin işğal dönəmində muzeyin tamami ilə dağıldığını, muzeydə olan eksponatların məhv edildiyinin diqqətə çatdırmışdır.  Hal-hazırda muzeydə  6500 ( altı min beş yüz) –dən artıq eksponatın nümayiş  olduğunu nəzərə çatdıran  Bərzani Əskərov   bu ekspoanatların içərisində Kəlbəcərin tarixinə , mədəniyyətinə aid eksponatlalrla yanaşı  I və II Qarabağ  müharibəsi şəhidlərinin şəxsi əşyalarının da olduğunu nəzərə çatdırmışdır.

 

64 KB

 

102.2 KB